Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Suriyada neçə uşağın həlak olması ABŞ-ın vecinə deyil”
“Suriyada neçə uşağın həlak olması ABŞ-ın vecinə deyil”
08 Aprel 2017 / 10:28 / Baxış sayı: 204
Font1 Font2 Font3 Font4

Türkiyəli kontr-admiral Soner Polat əmin olduğunu bildirib ki, ABŞ-ın Suriyaya raket zərbəsi bu münaqişəyə yalnız ziyan vurur.

ABŞ-ın hərəkətlərindən hiddətini gizlətməyən Polat virtualaz.org-a birmənalı şəkildə bildirib ki, “Tramp bu hərəkətləri bu başıbəlalı ölkədə vəziyyəti daha da ağırlaşdırır”.

“Sözün əsl mənasında, ABŞ suveren dövlətə təcavüz edib. Krımı ilhaq edən Rusiya, təkbaşına İraqda, Liviyada, indi isə Suriyada təcavüzlər edən ABŞ ümumi səylərlə BMT-ni bir təşkilat kimi dəfn ediblər. Bu ölkələr mövqelərini dəyişməsələr, dünyanı fəlakət gözləyir. Regiondakı bu cür hadisələr Türkiyə üçün təhlükəlidir, çünki son nəticədə, biz qaçqın axını ilə üz-üzə qalırıq. ABŞ öz zərbəsinə onunla bəraət qazandırır ki. guya Əsəd kimyəvi silahdan istifadə edib. Bağışlayın, buna sübutunuz hardadır?

Tramp artıq neokonların hakimiyyətinin altına keçib və bundan sonra onlar nə desələr, onu da edəcək. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Amerika prezidenti “Böyük Yaxın Şərq” layihəsinin müəllifi Kondaliza Raysı qəbul edib və həmin görüşdə bu qadın Trampı inandırıb ki, Suriya müxalifətinə və kürdlərə dəstəyi davam etdirsin. Həmin layihənin və dünənki bombardmanın son nəticəsi Kürdüstanın yaradılması ola bilər və Türkiyə bunu anlamalıdır. Əslində, orada neçə uşağın məhv olması Amerikanın vecinə deyil, ona regionda qələbə lazımdır və bunun mükafatı Kürdüstan kimi müttəfiq olacaq”, – türkiyəli kontr-admiral deyir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə