Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ Dövlət Departamentinin Cənubi Osetiyada “referendum” barədə BƏYANATI
ABŞ Dövlət Departamentinin Cənubi Osetiyada “referendum” barədə BƏYANATI
08 Aprel 2017 / 11:49 / Baxış sayı: 208
Font1 Font2 Font3 Font4

ABŞ Dövlət Departamenti aprelin 9-da Gürcüstanın separatçı Cənubi Osetiya regionunda keçiriləcək “prezident seçkiləri” və addəyişmə “referendumu” barədə bəyanat yayıb.

“newsgeorgia.ge” saytının verdiyi məlumata görə, Dövlət Departamentinin bəyanatında bildirilir ki, ABŞ bu “seçkiləri”, eləcə də martın 12-də Gürcüstanın digər işğal olunmuş bölgəsi – Abxaziyada keçirilmiş “parlament seçkiləri”ni tanımır: “Qanunsuz seçki və referendum Gürcüstan ərazisində ölkə hökumətinin icazəsi olmadan keçiriləcək. ABŞ Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam dəstəkləyir. Bizim Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyimiz aydın və daimidir. Bu regionlar Gürcüstanın ayrılmaz tərkib hissəsidir”.

Qeyd edək ki, separatçılar referendumda Cənubi Osetiyanın adını “Cənubi Osetiya Respublikası – Alaniya dövləti” şəklində dəyişdirməyə hazırlaşır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə