Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türklər Mübariz İbrahimov haqqında film çəkir – VİDEO
Türklər Mübariz İbrahimov haqqında film çəkir – VİDEO
08 Aprel 2017 / 13:18 / Baxış sayı: 2274
Font1 Font2 Font3 Font4

Türkiyənin İST şirkəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun döyüş yolundan bəhs edən film çəkir.

AzVision.az xəbər verir ki, “Youtube” sosial şəbəkəsində “Mübariz” adlı filmin ilk tizer treyleri yayılıb. Film 2018-ci ildən kinoteatrlarda nümayiş olunacaq.

Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

2005-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

O, 2010-cu il iyunun 18-də Tərtər rayanunun Çaykəndi yaxınlığında düşməni ağır itkilərə məruz qoyduqdan sonra, qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Mübariz İbrahimovun meyiti 2010-cu il noyabrın 6-da Ermənistan tərəfdən alınıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Mübariz Qurbanov İkinci Fəxri xiyabanda dəfn olunub.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə