Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rəsmi Bakıdan Suriya açıqlaması
Rəsmi Bakıdan Suriya açıqlaması
08 Aprel 2017 / 13:24 / Baxış sayı: 336
Font1 Font2 Font3 Font4
Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müavini Novruz Məmmədov Suriya rejiminin dinc əhaliyə qarşı kimyəvi silah işlətməsi, ABŞ-ın buna cavab olaraq bu ölkədəki hərbi bazanı bombalaması fonunda dünyada gedən son siyasi proseslərə münasibət bildirib.
arxiv.bizimxeber.az xəbər verir ki, N.Məmmədov bu barədə “Twitter” hesabında yazıb:
“Təəssüflər olsun ki, beynəlxalq aləmdə vəziyyət daha da gərginləşərək yeni mərhələyə qədəm qoyur. Beynəlxalq birliyin əsas aktyorları müxtəlif bəyanatlar və təkliflər versələr də, çağırışlar etsələr də nəticəsi yoxdur. Tərəflər anlaşmaya, dialoqa nail ola bilmirlər. Amma belə vəziyyətin səbəbləri də, nə dərəcə təhlükəli olması da aydındır”.
Qeyd edək ki, ABŞ-ın bu addımı birmənalı qarşılanmayıb. Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya, Polşa, İsrail, Avstraliya kimi ölkələr ABŞ-ı dəstəkləsələr də, Rusiya və İran qarşı cəbhədə yer alıblar.
Biizmxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə