Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməcilik keçirilib
Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməcilik keçirilib
08 Aprel 2017 / 13:29 / Baxış sayı: 252
Font1 Font2 Font3 Font4

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm vermiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək öz real bəhrəsini verir.

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.

8 aprel 2017-ci il tarixdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq Yeni Azərbaycan Partiyası və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilib. Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində günü gündən gözəlləşən paytaxtımızın istər Avropa, istərsə də dünyanın ekoloji cəhətdən təmiz olan ən gözəl şəhərləri sırasında qərarlaşması istiqamətində görülən işlərə dəstək verməkdir.

Rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə İtaliyadan gətirilmiş 1000-ə qədər Leylanda və müxtəlif növ digər ağac və kollar əkilib.

Aksiyaya Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları və digər dövlət rəsmiləri qatılıb.

Qeyd edək ki, sözügedən ərazidə mütəmadi olaraq abadlıq işləri aparılır, ekoloji qaydalara uyğun olaraq ağaclara qulluq edilir, eyni zamanda dekorativ ağac və kollar əkilərək qeyd olunan yaşıllıq zolağının paytaxtın dilbər guşəsinə çevrilməsi istiqamətində ardıcıl işlər görülür.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə