Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dərman qıtlığının səbəbi açıqlandı
Dərman qıtlığının səbəbi açıqlandı
08 Aprel 2017 / 14:04 / Baxış sayı: 306
Font1 Font2 Font3 Font4

“Bizdə insanlar adətən adına alışdıqları dərmanları axtarırlar”

“Azərbaycanda dərman peraparatları ilə bağlı problemlərin yaranmasında əsas rol oynayan səbəblərdən biri odur ki, dərmanlar əsas etibarilə ölkəyə idxal olunur”. arxiv.bizimxeber.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov dərman qıtlığı ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, bu səbəblə dərmanların Azərbaycanda istehsal olunması üçün ciddi işlər görülür: “Biz dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi addımını atdıqdan sonra dərman bazarında müəyyən proseslər baş verib, məsələn, müəyyən adamların vərdiş etdikləri dərman adlarından fərqli olaraq, eyni tərkibdə başqa dərmanların gətirilməsi ilə əlaqədar anlaşılmazlıqlar yaranıb. Bizdə insanlar adətən adına alışdıqları dərmanları axtarırlar. Amma eyni tərkibdə, eyni təsir gücünə malik olan başqa dərmanlar da var.

Güman edirəm ki, yaxın zamanda Azərbaycanda bu məsələ də həllini tapacaq. Yəni, Azərbaycanda dərman qıtlığı yox, insanların alışdığı dərman adlarının tapılmaması məsələsi var. Mən xahiş edərdim ki, dərmana ehtiyacı olan vətəndaşlarımız öz həkimləri ilə məsləhətləşib, ehtiyac duyduqları dərmanların başqa adla apteklərdə olduğunu bilsinlər”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə