Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda ata və oğul bir-birini məhkəməyə verdi
Azərbaycanda ata və oğul bir-birini məhkəməyə verdi
08 Aprel 2017 / 14:26 / Baxış sayı: 544
Font1 Font2 Font3 Font4

Azərbaycanda mənzilə görə ata və oğul məhkəmədə görüşəsi olub.

arxiv.bizimxeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ata Həsənov Elşən Əsgər oğlu məhkəmə iddiası qaldıraraq oğlu Həsənov Əsgər Elşən oğlunun mənzildən istifadə hüququna xitam verilməsini istəyib.

Oğul da qarşılıqlı iddia verərək E.Həsənovun mənzili özəlləşdirməsinin etibarsız hesab edilməsini, maddi və mənəvi zərərin ödənilməsini tələb edib.

Hər iki şikayətə Yasamal rayon məhkəməsində baxılıb. Bu il fevralın 20-də iş üzrə qətnamə çıxarılıb. Elşən Həsənovun iddiası təmin edilib və Əsgər Həsənovun mənzildən istifadə hüququna xitam verilib. Ə.Həsənovun qarşılıqlı iddiası isə rədd edilib.

Ə.Həsənov qərardan apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinskinin sədrliyi ilə aprelin 11-də davam etdiriləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə