Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskva metrosunda 5 nəfər saxlanıldı
Moskva metrosunda 5 nəfər saxlanıldı
08 Aprel 2017 / 15:17 / Baxış sayı: 282
Font1 Font2 Font3 Font4

Moskva metrosunda əllərində partlayıcı maddənin izi olan 5 nəfər saxlanılıb.

APA-nın “life.ru”ya istinadən verdiyi məlumata görə, onlar Qırğızıstan və Qazaxıstan vətəndaşlarıdır.

Rusiya Daxili İşlər Nazirliyindən bildiriblər ki, saxlanılan şəxslərdə əldə düzəldilmiş partlayıcı qurğuların hazırlanmasında istifadə olunan nitroqliserin və teril parçaları tapılıb. Şübhəli şəxslər “Taqanskaya”, “Kaxovskaya” və “Kolomenskaya” stansiyalarında saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən terror aktından sonra Rusiyada metroda təhlükəsizlik tədbirləri gücləndirilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə