Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu dünya düzəlsə atama lənət !!!-Əbülfət Kamal
Bu dünya düzəlsə atama lənət !!!-Əbülfət Kamal
09 Aprel 2017 / 17:23 / Baxış sayı: 500
Font1 Font2 Font3 Font4

Yazdığı şerlərilə insanları düşünməyə vadar edən həvəskar şair Əbülfət Kamalın şerlərini oxuculara təqdim edirik…

Səbrin olsun                     

 

Könlümün mülkündə at oynadırsan

Ocağıma su səpirsən, səbrin olsun

Dərdim dəm evində yandırıb məni

Sevgimdə şum əkirsən səbrin olsun

 

Mən səndən özüm tək sevgi istədim

Açıb qollarım gəl gəl dilədim

Illər xəstəsiyəm dərman görmədim

Közü kül eyləyirsən səbrin olsun

 

Havalı qoymusan bu yaşda məni

Ulayan bayquşlar sevməz çəməni

Əbülfət  “Kamal” ağlar qaldı eləmi

Eşqimdə şər gəzirsən səbrin olsun

 

***

Məni              

 

Bəlalı  bəlasız tora düşmüşəm

Görsələr kölgəmi didərlər məni

Biri evdə, biri işdə neyləyim

Səyyari tüfül tək didirlər məni

Evdə  arvad, işdə müdir pul gətir

 

Hay vururam, qıy vururam, sər atıram

Cığallayıb, qoşalayıb, zər atıram

Halal yox, sayı çox, mən gər satıram

Bu yaşda , bu başda döyürlər məni

Evdə arvad, işdə müdir pul gətir

 

O çığırır, bu deyinir, bezmərəm

Cır sifətin, çək qanını bilmərəm

Al canını, tök gözünü, seçmərəm

Əbülfət , hər gün soyurlar məni

Evdə arvad, işdə müdir, pul gətir

 

***

 

    İstədim            

 

Könül dünyasının bağbanı mənəm

Gül əkdim, tər oldu üzmək istədim

Töküldü ləçəyi, ağladı bülbül

Kövrələn halıma gülmək istədim

 

Ata oğru, oğlu həkim, qanuna bax

Qanı haram, geni haram yazana bax

Sözü əda, fikri bəla, halıma bax

Mən belə dünyadan köçmək istədim

 

Kef işrət içində yaşayır Solmaz,

Qudurma bu dövran sənə də qalmaz

Allaha bax, bəndəyə bax, ay yaramaz

Əbülfət “Kamalı” görmək istədim

 

***

   Eyləyirsən                 

 

Xəbərin varmıdır küsmüşəm səndən

Nazını çox eylə az eyləyirsən

Şəddatsan, Şümrüdsən bunu bilmirəm

Eşqili könlümə naz eyləyirsən

 

Bilirsən sevgimi harda ötürdüm

Sən yoxuş, mən yeniş, yolda itirdim

Sən hakim, mən məhbus darda itirdim

Cəlladsan kefini saz eyləyirsən

 

Kipriyindən dara çəkilən mənəm

Ahım çox, çarəm yox, dil bilən mənəm

Bu yaşda bu başda yaş tökən mənəm

Əbülfət “Kamalı” söz eyləyirsən

 

***

  Şikayətim var 

 

Nadanla gülür, əclaflar əl çalır

Mənim yaradana şikayətim var

Qanmazlar boş başla haqqı dandırır

Mənim xorasana şikayətim var

 

Bu zaman dünyanın qoynunda yatır

Dərd ilə hicri duymadan satır

Tikanlar arasında bənövşə bitir

Mənim yana yana şikayətim var

 

Əllərim qoynumda, gözlərim haqda

Ümüdüm qanunda diləyim başda

Gümanım cəlladda hər anım darda

Əbülfət hər yana şikayətim var

 

***

   Lənət  

 

El üçün ağlayan kor olar elə

Bu dünya düzəlsə atama lənət

Ömür saatın fələk fırladır

İnsaf diləsəm zatıma lənət

 

Qəm kədər şələsi nəyinə gərək

Ağlayıb sızlasan kimlər biləcək

Endirən endirir, endirir nadan güləcək

Yalvarıb yapışsam dədəmə lənət

 

İncitmə könlümü fitnəkar şeytan

Əbülfət  “Kamalam” küsdüm dünyadan

Şan-şöhrət içində böyüyən nadan

Qanmazı qandırsa anıma lənət

 

***

Bala bəyin meşəsi 

 

Mənəm ey tanımadın ay üzü dönmüş

Yaddan çıxdı bala bəyin meşəsi

Qəmdə qəm axtarma, dəmdə qəm axtar

Gəl yaxın gəl, ay kösümün nəfəsi

 

Yadına düşürmü aylı gecələr

Qisməti olmayan gizlin öpüşlər

Dərdini çəkməkdən məftun deyirlər

Kor olan bəxtimin budur peşəsi

 

Heyif, hər gözələ gözəl deyirlər

Əhdindən dönənə könül verirlər

Mənim tək divanəyə gülürlər

Əbülfətin dərdini kim çəkəsi

 

 

***

   Qudurma   

 

Qoşalayıb şeş atırsan gülürsən

Şeşin yek verən vaxtı var qudurma

Dünyanın gərdişi qəlbimi didir

Bu fələyin çaldığına oynama

 

Allah verib bəxti yazıb nadana

Çək cilovu atar səni yarğana

Fağırın, sağırın, kefin pozma

Pozar kef işrətini qar qudurma

Bu fələyin çaldığına oynama

 

Möhür səndə, qələm səndə kefdəsən

Kəmənd səndə, qılınc səndə, bircəsən

Bərə səndə, ovçu səndə, başdasan

Əbülfət “Kamalı” sor qudurma

Bu fələyin çaldığına oynama

 

***

 

Mənəm         

 

Otuz yeddi il nə tez gəlib keçdi

Ağlayanda mən, ah çəkəndə mən

Bu yaşda, bu başda, ağlar qalmışam

Arsızam ölmürəm, dözəndə mənəm

Qan tökür gözlərim, silənim yoxdur

 

Məzara yarımla görüşə getdim

Qapısız, pəncərəsiz, otağın gördüm

Yalvardım, yapışdım, danış dilədim

Başına dizinə döyəndə mənəm

Qan tökür gözlərim silənim yoxdur

 

Əbülfət “Kamalı” yanına çağır

Bu canımı , ruhu səninlə yatır

Gəlişin, gedişin, yuxuma girir

Fələyin ocağında yananda mənəm

Qan tökür gözlərim silənim yoxdur

 

***

  Qalmışam            

 

Məətəl qalmısan tanımadın məni

Zamanın hökmündən çaş-baş qalmışam

Mən insan, fələk zalım fərmana bax

Allahın zülmündən çaş-baş qalmışam

Yaralı könlümə toxunma qağa

 

Dərdim bir dəryadı çəkə bilmirəm

Zəlalət əzabın biçə bilmirəm

Gözümün yaşını kəsə bilmirəm

Yazılan qismətdən çaş-baş qalmışam

Yaralı könlümə toxunma qağa

 

Heyif  Əbülfət “Kamal” bölündü

Qəm kədər şələsi qəddimi əydi

Aylar ildən, canım vaydan bələndi

Zavallı zamandan çaş-baş qalmışam

Yaralı könlümə toxunma qağa

 

***

    Olsun       

 

Ölsəm dənizdə dəfn edin məni

Çırpınan dalğalar baş daşım olsun

Mirvari ləpələr laylamı çalsın

Elləri ağladan göz yaşım olsun

Gözəl dünya yaşa dünya deyirik

 

Fələk arsız, ömür karsız utanmır

Rüşvət alır, ömür satır qocalmır

Kəbini saxta, əkdiyi biç boşalmır

Yazmağa, pozmağa yaddaşım olsun

Gözəl dünya yaşa dünya deyirik

 

Əbülfət “Kamal”ı eyləmə soraq

Axtarma, tapılmaz nalən qalacaq

Söz dedi dür axan sular duracaq

Yazdığım bu şeirlər muradım olsun

Gözəl dünya yaşa dünya deyirik

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə