Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mən belə dünyadan yaman küsmüşəm!-Əbülf
Mən belə dünyadan yaman küsmüşəm!-Əbülf
10 Aprel 2017 / 17:44 / Baxış sayı: 434
Font1 Font2 Font3 Font4

AY HUMAY

Yaradan nə gözəl yaradıb səni,

Dürsən, ləlsən, nəsən ay Humay.

Qamətin gözəldir, bədənin büllur,

Durma qəsdimə, gülsən ay Humay.

Ay fələk, bu nazlı kimin qızıdır?

* * * * *

Qarabağdan Şirvana bir gözəl gəlir,

Bağladıb yolları əlbəl gəlir.

Güllü bağçamıza təmiz əl gəlir,

Sirli dünyamıza dürsən, ay Humay.

Ay fələk, bu nazlı kimin qızıdır?

* * * * *

Mənim bir qara gözlü Humayım var,

Üzü aydan bədirlənmiş avazım var.

Qızlara öyrətməyə nazım var,

Belə gözəlliyə əhsən Əbülfət.

Ay fələk, bu nazlı kimin qızıdır?

 

Nəvəm Humaya hədiyyəm.

 

***

 

 

AY QARA GÖZLÜM

Ömrüm də illərə əlvida deyir,

Ağlama, görüşək ay qara gözlüm.

Qisməti yazanın qələmi sınsın,

Nübara yetişək ay qara gözlüm.

* * * * *

Baxışından nur ələnir, göz gülür,

Dodağından bal süzülür, söz gülür.

Qaşlarından kaman kimi iz gülür,

Gül əkək, gül olsun ay qara gözlüm.

* * * * *

Qürbətə düşəndə ağlama mənsiz,

Ağlar günə qalıb Əbulfət sənsiz.

Yanıb külə dönüb, ağladım dilsiz,

Zimistana dönək ay qara gözlüm.

 

***

BAZARINDA

Məmməd Araz, gözlə məni gəlirəm,

Azəri gözəlləri qul bazarında.

Kövrəldim, ağladım, od tutub yandım,

Namus da, qeyrət də pul bazarında.

Mən belə dünyadan yaman küsmüşəm.

* * * * *

Yerin altın, yerin üstün böldülər,

Elin malın, elin varın yedilər,

Babamdan qalıbdır, yalan dedilər,

Abırsız arvad tək dul bazarında.

Mən belə dünyadan yaman küsmüşəm.

* * * * *

Yemisən, içmisən, havalı gəzmə,

Gələr burnundan, davalı gəzmə.

Nəslin kim olubdu, cəmalı gəzmə,

Əbülfət ağlayır gül bazarında.

Mən belə dünyadan yaman küsmüşəm.

 

***

BİR SUAL

Şərqin qoca şairi Səməd Vurğuna,

Aqillərdən verib, belə bir sual:

-Varmıdır sən tək eşqili yazan?

Bir qoca tarix bilər, elə bir sual.

* * * * *

Ədalət əldə saz cövlan eylədi,

Eşqili mənəm, dövran eylədi.

Yansa evim, bilmərəm, yan eylədi,

Can getdi, qan getdi, dilə bir sual.

* * * * *

Məzarda Füzuli çıraq yandırdı,

O dağlarda Fərhad eli qandırdı.

Nəsimi haqq dedi, məni andırdı,

Eşq Əbülfətdədir gülə bir sual.

 

 

***

 

ÇAĞIR

Əlləri qoynunda qalan nazənin,

Yaradan yaradıb qisməti çağır.

Sənə gözəl dedim, nazlanıb getdin,

Dilindən bal tökülən söhbəti çağır.

* * * * *

Canımı canına qurban eyləsən,

Gizli sevgimi bəyan eyləsən,

Gülüstan bağçasında can eyləsən,

Dodağı qönçəli isməti çağır.

* * * * *

Dalğalar qoynunda ümmana düşsən,

Qasırğa əlindən yamana düşsən,

Çovğunlu, tufanlı borana düşsən,

Heç kəsi yox tək Əbülfəti çağır.

 

***

 

CAVANLIQ

Ömür sarayımda günəşim sönüb,

Ah, düşəsən əlimə bir də cavanlıq.

Fələk kəmənd atdı, yarğana düşdüm,

Çatasan gücümə bir də cavanlıq.

* * * * *

Dolanam başına, əlindən öpəm,

Bilmədim qədrini, gözümə tikəm.

Qocalıq bəladır, yaxamdan sökəm,

Ağrıyan dizimə bir də cavanlıq.

* * * * *

Söz atır gözəllər, qəlbimi sıxır,

Boylanır Əbülfət, gəzməyə baxır.

Yorulub köhlənim, hara darıxır,

Tökülən dişimə bir də cavanlıq.

 

***

 

DEYİL

Şeş atıram, beş atıram, yek verir,

Bağlıdır xanələr, açıq nərd deyil.

Baharım da, yazım da çovğuna düşüb,

İlim sərtdir, fəsillərim dörd deyil.

* * * * *

Asılıb köksümdə dərdlərin düzümü,

Lağa qoyub danışırlar sözümü.

Ağlım çaşıb tanımayır özümü,

Mənim dərdim çəkiləsi dərd deyil.

* * * * *

At, ay lələ, Əbülfətə kəməndi,

Yaradanın yada düşüb bu fəndi.

Mənim dərdim yatan deyil gəzəndi,

Bu halıma gülənlərim mərd deyil.

 

***

DÜNYADI

Hönkürüb ağlasam, gülməyin mənə,

Könlümü əlimdən alan dünyadı.

Səxavət eylədim, yamanlıq gördüm,

Gözümü gözümdən salan dünyadı.

* * * * *

Mən bayquş deyiləm yüz il yaşayam,

Ulayam, qorxuzam, yamanlıq saçam.

Bağlanıb xanələr, zərimi atam,

Şeş-beşi du-birə satan dünyadı.

* * * * *

Əbülfər “Kamalı” eyləsən soraq,

Ünvanı Tər-tərdi, şeri qalacaq.

Gülüstan bağçamda gülüm solacaq,

Dərdi dərd üstə qoyan dünyadı.

 

arxiv.bizimxeber.az

 

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə