Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İncik xalq isə küçələrə gedəcək”-Mİllət vəkili
“İncik xalq isə küçələrə gedəcək”-Mİllət vəkili
09 Aprel 2017 / 15:14 / Baxış sayı: 1464
Font1 Font2 Font3 Font4
“Azərbaycanda xidmət sahələrində vəziyyət ağırdır. Bu ağırlığı insanların çiynindən götürmək lazımdır”.
Bunu modern.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. Deputat bildirib ki, bizdən asılı olmayaraq dünyada gedən inkişaf kataklizmalarından devalivasiya bizə hədiyyə düşüb:
“Heç olmasa bu zaman etməyin də. Heç olmasa xidmət sahələrində bu yükü xalqın üzərinə qoymayın. Mən dəfələrlə məmurlara demişəm. Bunu etməyin! Qaz, su, işıq idarələrindən insanları incitmətin! Onsuz da insanların aldıqları pul heçnədi. Heç olmasa Azəriqaz, Azərsu, Azərişıq insanları incitməsin. Bu incikliklər axırda dövlətə qarşı gedib çatacaq. Ona görə də bizim hər attığımız addım cənab prezidentə inamla, güvənlə ekvalent olmalıdır. Ona görə də biz xalqı incitməməliyik. İncik xalq isə küçələrə gedəcək, mitinqlərə başlayacaq. Xalqı incitmək olmaz. Biz xalq üçün işləməliyik. Ulu öndər Heydər Əliyev də deyib ki: hakimiyyətin yeganə mənbəyi xalqdır! Əgər hakimiyyət xalqındısa, xalqa xidmət etmək lazımdır”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə