Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bəşər Əsəd: “ABŞ məqsədinə çata bilmədi”
Bəşər Əsəd: “ABŞ məqsədinə çata bilmədi”
09 Aprel 2017 / 17:17 / Baxış sayı: 492
Font1 Font2 Font3 Font4

“ABŞ Suriyanın Homs əyalətindəki hərbi aerodromuna hücum etməklə arzuladığı nəticələrə nail ola bilmədi”.

“Report” xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd bazar günü iranlı həmkarı Həsən Ruhani ilə telefon söhbəti zamanı deyib.

“Əsəd qeyd edib ki, ABŞ hücum etmək yolu ilə məqsədlərinə çata bilmədi. Bu, Suriya ordusunun qazandığı qələbələrdən sonra Birləşmiş Ştatlar tərəfindən dəstək alan terror qruplaşmalarında mənəvi ruh yüksəkliyi yaratmaq cəhdi idi”, – deyə SANA agentliyi prezidentin sözlərini sitat gətirib.

Öz növbəsində İran lideri Həsən Ruhani ABŞ-ın Suriya ərazisinə təcavüzünü ölkənin suverenliyinin və bütün beynəlxalq qanun və konvensiyaların kobud şəkildə pozulması adlandırıb. O, İranın terrorçuluqla mübarizədə Suriyanın yanında oduğunu bildirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə