Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev həmkarına başsağlığı verdi
İlham Əliyev həmkarına başsağlığı verdi
09 Aprel 2017 / 20:04 / Baxış sayı: 506
Font1 Font2 Font3 Font4

Azərbaycan Prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisiyə aprelin 9-da bu ölkədə ardıcıl olaraq baş verən və çoxsaylı insan ölümünə səbəb olan terror akları ilə bağlı başsağlığı verib.

“Report” xəbər verir ki, dövlər başçısı bu hadisələrdən çox sarsıldığını qeyd edib.

“Hörmətli cənab Prezident. Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş belə qəddar əməllərdən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, – deyə İlham Əliyev bildirib.

arxiv.bizimxeber.azİ



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə