Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstandan Rusiyaya sərt reaksiya: Tanımırıq
Gürcüstandan Rusiyaya sərt reaksiya: Tanımırıq
09 Aprel 2017 / 23:44 / Baxış sayı: 522
Font1 Font2 Font3 Font4

Qondarma Cənubi Osetiya Respublikasında keçirilən saxta prezident seçkilərinin nəticələrini tanımırıq və bölgənin adının “Alanya” olaraq dəyişdirilməsini qəbul etmirik.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

Dövlət başçısı saxta seçkilərin bölgənin Rusiya tərkibinə qatılması yolunda atılan bir addım olduğunu bildirib:

“Sözügedən təxribat ölkəmizin suverenliyinə qarşı yönəlib. Etnik təmizləmə nəticəsində bölgədə yaşayan əhalinin böyük bir qismi sürgün edilib. Bundan əlavə, Rusiya hərbi qüvvələrinin işğal etdiyi yerdə ifadə azadlığından danışmaq da mümkün deyil”.

Bizimxeber,az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə