Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünya Azərbaycanlı Gənclər Birliyinin qurultayı keçiriləcək
Dünya Azərbaycanlı Gənclər Birliyinin qurultayı keçiriləcək
29 Aprel 2013 / 15:50 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Leyla Əliyeva Dünya Azərbaycanlı Gənclər Birliyini təbrik edib

Aprelin 27-də Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) Mərkəzi Şurasının iclası keçirilib.

DAGB-dən Lent.az-a verilən məlumata görə, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) İdarə heyətinin üzvü Emin Hacıyev tədbirdə çıxış edərək Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı təbriklərini çatdırıb, toplantının işinə uğurlar arzulayıb.

Daha sonra Emin Hacıyev təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi, müxtəlif sahələr üzrə fəaliyyətin istiqamətlərinin koordinasiyası və digər məsələlər ətrafında fikirlərini bildirib. Onun sözlərinə görə, azərbaycanlı gənclərin nümayiş etdirdiyi fəallıq nəticəsində son illərdə əldə olunmuş nailiyyətlər gənclərin böyük potensiala malik olduğunu təsdiqləyir. Emin Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan azərbaycanlı gənclərlə əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Ahmed Gencehan Babiş, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev, Özbəkistan Azərbaycanlılarının Respublika Milli Mədəniyyət Mərkəzinin Gənclər Şurasının sədri Ayna Zeyniyeva, Rumıniya – Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev, Rusiya Federasiyası Dövlət Dumasının əməkdaşı Ramin Qasımov, Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova, Azərbaycan Gənclər Federasiyası İdarə Heyətinin üzvü Ayda Amir Haşimi, Ukrayna Azərbaycanlı Gəncləri Birliyinin sədri Anar Tahirov, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Şahin Seyidzadə, “Demokratik Azərbaycan Naminə” Gənclər İctimai Birliyinin sədri Elməddin Behbud tədbirin birinci hissəsində məruzə ilə çıxış edərək gündəlikdə duran məsələlərlə bağlı təkliflərini bildiriblər. Çıxış edənlər təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, Azərbaycan tarixinin və dilinin xarici ölkələrdə tədris olunması, xarici ölkələrin gənclər təşkilatlarının azərbaycanlı gənclərlə hərtərəfli əlaqələrin qurulması, lobbiçilik fəaliyyətinin genişləndirilməsi və digər məsələlərlə bağlı təkliflər irəli sürülüblər.
Tədbirin sonunda DAGB Mərkəzi Şurasının üzvləri tərəfindən irəli sürülən təkliflər də nəzərə alınmaqla yekun qərar qəbul edilib. Qərarda əsasən, DAGB-nin növbəti qurultayının 2013-cü il ərzində Azərbaycanda keçirilməsi, Azərbaycanlı gənclərin vahid internet şəbəkəsinin yaradılması üçün müvafiq tədbirlərin görülməsi, 2013-cü ildən başlayaraq Azərbaycanın turizm bölgələrində xaricdə yaşayan azərbaycanlı gənclər üçün “Yay düşərgəsi” layihəsinin həyata keçirilməsi bu və ya digər təkliflər öz əksini tapıb. Daha sonra isə Dünya azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının bəyanatı yekdilliklə qəbul edilib. Bəyanatda qeyd edilib ki, bu gün dünyanın hansı hissəsində yaşamasından, sosial statusu və imkanlarından asılı olmayaraq hər bir azərbaycanlı gənc Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yürüdülən daxili və xarici siyasəti dəstəkləyir, bu siyasətin Azərbaycanın inkişafına, tərəqqisinə xidmət etdiyinə inanır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə