Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Heydər Əliyev Fondu adından pul yığan məmur kimdir? – ŞİKAYƏT
Heydər Əliyev Fondu adından pul yığan məmur kimdir? – ŞİKAYƏT
10 Aprel 2017 / 11:28 / Baxış sayı: 1918
Font1 Font2 Font3 Font4
Göyçay rayon Təhsil Şöbəsinin Heydər Əliyev Fondunun layihəsi adından pul yığması barədə yerli sakinlərin şikayəti araşdırılır
Ulus.Az-a daxil olan xəbərə görə, məsələ haqda Təhsil Nazirliyinə, Prezident Administrasiyasına və I vitse-prezident Mehriban Əliyevaya edilən müracitələrə baxılır.
Belə ki, bir qrup Göyçay rayon sakini təhsil şöbəsinin müdiri Elnur İsmayılovdan 1-ci vitse-prezidenti Mehriban Əliyevaya şikayət məktubu ünvanlayıb. Məktubda Elnur İsmayılovun barəsində təcili tədbir görülməsi istənilib:
“Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin dəstəyi ilə 2017-ci ilin 18-23 mart tarixlərində “Ölkəmizi Tanıyaq” layihəsi üzrə Göyçay rayonundan gedən 40 nəfər şagirdin hər birindən 250 manat pul yığılıb.
Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov hər şagirddən 250 manat pulun alınmasını məktəb direktorlarına tapşırıb.
Layihəyə əsasən hər rayondan bu turda cəmi 40 şagird iştirak edir, ancaq Elnur İsmayılov hiylə işlədib yalandan elan edib ki, Göyçay rayonundan guya 80 nəfər şagird iştirak edəcək.
Buna görə də məktəb direktorları 80 nəfər şagirddən hər birindən 250 manat pul yığıblar. Buna imkanı olmayan şagird turdan kənarlaşdırılıb pulu verən şagirdlə əvəzlənib. Bu yolla Elnur İsmayılov küllü miqdarda pul yığıb.
Əslində isə “Ölkəmizi Tanıyaq” lahiyəsi Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilir. Göyçay rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov fürsətdən istifadə edərək hiylə işlədib bu layihəni Göyçay təhsilində pulla həyata keçirib.
Yığılan pulları isə Elnur İsmayılov öz şəxsi işlərinə sərf edib. Həmçinin elə valideyin olub ki, şagird övladının istəyini həyata keçirmək üçün borc alıb Göyçay rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılova verib”.
Elnur İsmayılov bir neçə aydır Göyçay rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub:
“Ancaq onun etdiyi qanunsuzluqlar, özbaşınalıqlar bütün kasıb valideyinləri boğaza yığıb. Bayram, tədbir keçirmə adı ilə, süpürgə pulu, iməcilik və s. səfeh bahənələrlə məktəblərdə şagirdlərdən tez-tez pul yığılır.
Pul verməyən müəllimlərin dərs saatları azaldılır, pul verən savadsız müəllimlərin isə dərs saatları çoxaldılır. Fənn kabineti, dərsdən sonra əlavə məşğələyə ayrılan pullar təyinatı üzrə xərclənmədən talan edilir.
Demək olar ki, Elnur İsmayılov az bir vaxtda Göyçay rayon təhsilini tamamilə iflic edib. Biz mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevaya müraciət edib Göyçay təhsilini iflic vəziyyətə salmış Elnur İsmayılovun qanunsuz əməllərinin araşdırılıb barəsində tədbir görülməsini xahiş edirik”.
Göyçay rayon sakinləri:
Qasımov Bəhlul İzzət oğlu
Məmmədov Müşfiq Muradxan oğlu
Əliyeva Kəmalə Əsgər qızı
Tarverdiyeva Təranə Yusif qızı
Qəhrəmanova Sona Davud qızı
İbrahimov Əjdər Xasay oğlu
Alıyev Bəxtiyar Süleyman oğlu
Salahov Kamil Lətif oğlu.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə