Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabiq nazir azadlığa buraxıldı
Sabiq nazir azadlığa buraxıldı
29 Aprel 2013 / 15:47 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Türkiyənin tanınmış ictimai-siyasi xadimi, sabiq nazir Mehmet Ağar cəzasının 1 ilini çəkdikdən sonra həbsdən azad edilib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, M. Ağar bu gün saxlanıldığı Aydın vilayətinin Yenipazar rayonundakı həbsxanadan buraxılıb.

Türkiyə Böyük Millət Məclisinin məhkəmə-hüquq sahəsində qəbul etdiyi yeni qanunlardan sonra M. Ağarın vəkilinin qaldırdığı vəsatət qəbul olunub və keçmiş nazir 1 il nəzarət altında hərəkət etmək şərtilə sərbəst qalıb.

Qeyd edək ki, M. Ağar “Susurluq prosesi” adlandırılan, dövlət-mafiya əlaqələrinin araşdırıldığı cinayət işi üzrə məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Mehmet Ağar Türkiyədə əmniyyət gənəl müdiri (polis təşkilatının rəhbəri), daxili işlər və ədliyyə naziri vəzifələrində çalışıb. O, bir müddət Demokrat Partiyasına liderlik edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə