Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dağlara qar yağıb – Faktiki hava
Dağlara qar yağıb – Faktiki hava
10 Aprel 2017 / 11:00 / Baxış sayı: 212
Font1 Font2 Font3 Font4

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprelin 09-u axşamdan 10-u səhərədək müşahidə olunmuş faktiki hava haqqında açıqlama yayıb.

Nazirlikdən arxiv.bizimxeber.az-a daxil olan xəbərdə bildirilir ki, aprelin 09-u axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, aprelin 10-u  səhərədək şimşək çaxıb, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub. Qərb küləyi əsib, bəzi rayonlarda arabir 20-30 m/s təşkil edib, Abşeron yarımadasında arabir  18-22 m/s-dək güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında  1-7, Böyük Qafqazda 3-38, Mərkəzi-Aran rayonlarında 2-29, Kiçik Qafqazda 9-10, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 1-7 mm olub.

Qar örtüyünün hündürlüyü Xınalıqda 30, Qırızda 22, Şahdağda 20, Sarıbaşda 5, Daşkəsəndə 1 sm-ə çatıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə