Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Beyninə qan sızan meyxanaçıdan anasının ölümü gizlədilir
Beyninə qan sızan meyxanaçıdan anasının ölümü gizlədilir
10 Aprel 2017 / 11:11 / Baxış sayı: 380
Font1 Font2 Font3 Font4

Bir neçə gün öncə beyninə qan sızaraq Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin səhhəti barədə yeni xəbər var. 

Lent.az-a açıqlama verən meyxanaçının bacısı oğlu Rüstəm bildirib ki, dayısı sabah xəstəxanadan evə buraxılacaq: “Allaha şükür olsun ki, Ağakərim bəyin səhhəti müsbətə doğru irəliləyir. Həkimlə danışdıq, söylədi ki, artıq sabah evə buraxılacaq. Müalicələri ev şəraitində davam etdiriləcək”.

Meyxanaçının bacısı oğlu onu da əlavə etdi ki, Ağakərim anasının ölümündən xəbərsizdir: “Sabah evə buraxılacaq. Bütün qohumlara, tanışlara xəbər vermişik, xahiş etmişik ki, bu xəbəri Ağakərim bəyə çatdırmasınlar. Qorxuruq, istəmirik, bilsin ki, anası dünyasını dəyişib. İnşallah, vəziyyəti tam yaxşı olandan sonra demək olar”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb. Meyxanaçının anası isə ötən həftənin şənbə günü dünyasını dəyişib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə