Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Bankın sədri istefa verdi
Milli Bankın sədri istefa verdi
10 Aprel 2017 / 11:33 / Baxış sayı: 810
Font1 Font2 Font3 Font4

Ukrayna Milli Bankının (NBU) sədri Valeriya Qontaryova ölkə prezidenti Pyotr Poroşenkoya istefa ərizəsini təqdim edib.

“Report” “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı NBU və prezident aparatı hələ rəsmən şərh etməyib.

Qeyd edək ki, NBU sədrinin istefa ərizəsi yazmasına səbəb bir həftə əvvəl Ukrayna Milli Bankı (NBU) ölkədən pul vəsaitinin qanunsuz çıxarılması sxeminin təşkilində şübhəli bilinməsi göstərilir. Bunu Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) rəhbəri Artyom Sıtnik tərəfindən “TCH” kanalına müsahibəsində bildirib.

NABU hazırda mərkəzi bankın kommersiya banklarına pul vəsaitlərinin ofşor hesablara köçürülməsinə yardım etmək imkanlarını araşdırır. Müxtəlif hesablamalara görə, 1991-ci ildən etibarən Ukraynadan 148 mlrd. ABŞ dolları həcmində vəsaitin çıxarıldığı bildirilir.

A.Sıtnikin açıqlamalarına əsasən, NBU-nun təkrar maliyyələşmə ilə kommersiya banklarına verdiyi kreditlər ofşor hesablara və ya xarici banklara ötürülüb. Əməliyyat çərçivəsində NBU binasında axtarışlar aparılıb və lazımi sənədlər götürülüb. NABU rəhbəri həmçinin qeyd edib ki, “fikrimizcə, mərkəzi bankın iştirakı olmadan böyük həcmdə pul vəsaitinin xaricə köçürülməsi mümkün deyil”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə