Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əsir düşməmək üçün özlərini partladan kəşfiyyatçılarımız – FOTO
Əsir düşməmək üçün özlərini partladan kəşfiyyatçılarımız – FOTO
10 Aprel 2017 / 12:43 / Baxış sayı: 592
Font1 Font2 Font3 Font4
Bu gün, 1997-ci ilin 10 aprel tarixində əsir düşməmək üçün özlərini partladıb şəhid olan yeddi kəşfiyyatçımızın xatirəsi yad edilib.
arxiv.bizimxeber.az musavat.com-a istinadən xəbər verir ki, ilk olaraq şəhidlərimizin II Fəxri Xiyabanda olan məzarları ziyarət edilib. Daha sonra isə “Qurd qapısı” yaxınlığındakı mərasim evində kəşfiyyatçıların ailə üzvləri, Müdafiə Nazirliyinin rəsmiləri, Qarabağ döyüşçülərinin, deputatların, yazıçıların, şairlərin, rejissorların, sənət adamlarının və QHT təmsilçilərinin iştirakı ilə anım tədbiri keçirilib.
Tədbirdə çıxış edən ictimai şəxslər, şəhidlərimizin ruhuna dualar oxuyub, onların vətən üçün etdiyi qəhrəmanlıqlardan danışıblar.
Hadisəyə aid jurnalist Teymur Zahidoğlunun hazırladığı 16 dəqiqəlik “Kəşfiyyatçılar” sənədli filminin təqdimatı da keçirilib.
Məlumat üçün qeyd edək ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Birincin qrup itkisiz qayıdır, lakin ikinci qrupu bir yaşlı erməni qadını görür. Təbii ki, döyüşçülərimiz o qadına toxunmurlar. Ancaq bir az keçmiş düşmən həmin o qadının xəbəri ilə kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını söyləyirlər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır.
Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə qərarı da çıxarır. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.
Xatırladaq ki, onların hər birini mərhum prezident Heydər Əliyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib:
Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Gərəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;
Çavuş Aqil Əhmədov Mürsəl oğlu (Sağdır)
 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə