AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveç polisi məlumat yayıb:

Biz bilirik ki, həmin şəxsin “İŞİD”-ə xüsusi rəğbəti olub.

İsveç polisinin rəisi Yonas Hayzinq bəyan edib ki, Əkilovun idarə etdiyi yük avtomobilindən müxtəlif növ kiməyi və partlayıcı qurğular aşkarlanıb. Bundan başqa, şübhəli şəxsin gizləndiyi evdən onun günahını təsdiq edən 70-ə yaxın dəlil sübut kimi götürülüb.

2014-cü ildə Rəhmət Əkilov İsveçdən sığınacaq tələb edib. Ötən ilin dekabr ayında onun istəyinə rədd cavabı verilərək, krallıq ərazisini 4 həftə ərzində tərk etmək tələb edilib. Amma Əkilov bu tələbə əməl etməyək İsveç ərazisində gizlənirdi. Onun haqqında axtarış elan edilmişdi.

7 aprel tarixində Əkilov Stokholmun əsas küçələrindən hesab edilən Drottninqqatanda yük maşınını yüksək sürətlə insanların üzərinə sürüb. Avtomobil mağazalardan birinin şüşəsinə çırpılaraq dayanıb. Nəticədə iki İsveç, 1 Böyük Britaniya və 1 nəfər də Belçika vətəndaşı həlak olub. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

arxiv.bizimxeber.az