Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev: “Beynəlxalq vəziyyət gərgindir”
İlham Əliyev: “Beynəlxalq vəziyyət gərgindir”
10 Aprel 2017 / 14:24 / Baxış sayı: 724
Font1 Font2 Font3 Font4
“Bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişaf təmin olunub, sosial məsələlər həllini tapıb, ordu quruculuğu uğurla aparılıb”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, 2017-ci il Azərbaycan üçün uğurlu il olacaq: “Beynəlxalq vəziyyət gərgindir. Təəssüf ki, münaqişələr davam edir, yeni risklər yaranır. Azərbaycan təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür. Bu ilin ilk 3 ayında xarici ölkələrə 7 səfər etmişəm, beynəlxalq tədbirlərə qatılmışam. Bu səfərlər böyük əhəmiyyət daşıyır, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir”.
Prezident İlham Əliyev bildirib ki, bu ilin ilk 3 ayında Azərbaycana 7 xarici dövlət başçısı səfər edib: “Bu, ölkəmizə olan hörmətin göstəricisidir. Bu ilin birinci rübündə Bakıda keçirilən, 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət başçısının iştirak etdiyi Beşinci Qlobal Forum, Bakıda ABŞ və Rusiya Silahlı Qüvvələri Baş qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə