Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tovuzda cırılmış bayraq dalğalanır – FOTO
Tovuzda cırılmış bayraq dalğalanır – FOTO
10 Aprel 2017 / 15:55 / Baxış sayı: 600
Font1 Font2 Font3 Font4

Tovuz rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik nümayiş etdirilir.

Bu barədə BakiPost.az-a rayon sakinləri məlumat verib. Bildirilib ki, rayonun Bayraq Meydanı adlanan ərazisində dalğalanan üçrəngli bayrağın bir hissəsi 3 gündür, cırılıb. Lakin rayonun icra hakimiyyətinin əməkdaşları bayraqla bağlı bir tədbir görmək haqqında fikirləşmir: “Hər gün buradan keçirlər. Amma heç biri başını qaldırıb bayrağa baxmır. Ya da baxırlar, veclərinə deyil. Bayraq necəsə olub, cırılıb və elə o formada da dalğalanır. Dövlət rəmzinə qarşı bu nə hörmətsizlikdir? Biz bu məsələni işıqlandırmasaq, inanın ki, bəlkə elə 1 il də orada bu formada qalacaq”.

Sakinlər bayrağın fotolarını da redaksiyamıza göndərib. Həmin şəkilləri təqdim edirik:

 

 

Qeyd edək ki, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovdur. O, 10 ildir ki, Tovuz rayonunun icra başçısıdır.

 

Onu da bildirək ki, bu, T. Zeynalovun bayrağa qarşı diqqətsizliyi ilə bağlı ilk hal deyil. Belə ki, mətbuatda onun pis vəziyyətdə olan Bayraq Meydanına qarşı laqeyd münasibət sərgilədiyi, büdcədən 1,5 milyon pul ayrılmasına rəğmən, rayonda abadlaşdırma işləri aparmadığına dair məlumatlar yer almışdı.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə