Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

NATO: Müharibə ehtimalını düşünmək belə istəmirik
NATO: Müharibə ehtimalını düşünmək belə istəmirik
10 Aprel 2017 / 16:28 / Baxış sayı: 280
Font1 Font2 Font3 Font4

“NATO Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bunu müxtəlif səviyyəli bəyanatlardan da aydın görmək olur. Yaxın vaxtlarda Gürcüstanda NATO Parlamentlər Assambleyasının toplantısı keçiriləcək. Bütün bunlar NATO ilə Gürcüstan arasında sağlam təməllərə dayanan əlaqələrin inkişaf etdiyini göstərir. Azərbaycan isə NATO-nun ortağıdır”.

 

Bunu APA-nın Gürcüstan müxbirinə açıqlamasında NATO baş katibinin müavini Tacan İldem deyib.

 

O bildirib ki, NATO ilə Azərbaycan arasında əlaqələri yönləndirən bir çərçivə var: “Əlaqələr bu çərçivə əsasında inkişaf etməkdədir”.

 

Dağlıq Qarabağ münaqişəsinə toxunan T. İldem münaqişəsinin həlli ilə Minsk qrupunun məşğul olduğunu bildirib: “NATO Dağlıq Qarabağ prosesinin həlli məsələsinə qarışa bilməz. Münaqişənin həlli prosesi Minsk qrupuna aiddir, münaqişəsinin tənzimlənməsinə bu qrup cavabdehdir”.

 

NATO  baş katibinin müavini “Ermənistanla Azərbaycan arasında müharibə başlayarsa, NATO-nun rolu necə olacaq” sualını da cavablandırıb: “Biz NATO olaraq gücdən istifadəyə qarşıyıq. Bu səbəbdən müharibə olacağı ehtimalını düşünmək belə istəmirik. Bu problemlərin, ixtilafların sülh yolu ilə həllini beynəlxalq təşkilatlar da dəstəkləyir. NATO-nun mövqeyi də eynidir”.

 

Diplomat gələn ay Bakıya səfəri zamanı mövzu ilə bağlı daha geniş açıqlamalar verəcəyini bildirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə