Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Coca-Cola”nın okeanlara vurduğu ŞOK ZƏRƏR
“Coca-Cola”nın okeanlara vurduğu ŞOK ZƏRƏR
10 Aprel 2017 / 17:03 / Baxış sayı: 1348
Font1 Font2 Font3 Font4

Böyük Britaniyanın İndependent qəzeti “Coca-Cola”nın plastik şüşələrinin okeanlara təsirini müəyyən etmək üçün araşdırma aparıb. Qəzetin bu sahə üzrə müxbiri Tom Baydenə görə, şirkətin okeanlara verdiyi zərər “şokedici dərəcədədir”. 500 müxtəlif markaya sahib olan “Coca-Cola” hər il 100 milyarddan çox birdəfəlik istifadə olunan plastik şüşə satır.

Qəzetin yazdığına görə, “Coca-Cola” 2010-cu ildə bir dəfəlik istifadə edilən şüşələrin işlərini davam etdirmək üçün lazımlı bir model olmadığını söyləmişdi. “Coca-Cola” hər il nə qədər plastik şüşə istifadə etdiyinə dair bir açıqlama verməsə də, İndependent-in araşdırması şirkətin hər saniyə 3500 birdəfəlik plastik şüşə satdığını göstərir.

Məsələ ilə bağlı Yaşillar Partiyasının İngiltərədəki lideri Karoline Lukas qəzetə verdiyi açıqlamada “Coca-Colanın açıq-aşkar çirkləndirmə siyasəti real bir qalmaqaldır” ifadələrini işlədib. “Coca-Cola”-nın plastik çirkləndirmə böhranındakı roluna baxmayaraq məsuliyyət daşımaqdan yayınır, amma okeanlarımızın mədəsində Coca-Cola plastik şüşələrinə daha yer qalmadı”- deyə Greenpeace-in böyük okean kampanıyasının nümayəndəsi Louise Edge bildirib.

Araşdırmaya görə, şirkətin bir dəfəlik istifadə olunan şüşələrinin yalnızca 7 faizində geri qaytarılmış plastikdən istifadə olunur. Qəzetə açıqlama verən “Coca-Cola” nümayəndəsi isə “Grenpeace-ə paketləmə strategiyamız barədə danışarkən onlardan belə bir açıqlamanın gəlməsi bizi xəyal qırıqlığına uğratdı ” deyib.

35 milyard sterlinq dəyərində dövriyyəyə sahib olan “Coca-Cola”-nın ilik gəliri 6,5 milyard sterlinq təşkil edir. Özünü məsulliyyətli və ambisiyalı şirkət olaraq tanıtmaq istəyən “Coca-Cola” hər il 3,2 milyard sterlinq xərcləyir.

Qəzetin yazdığına görə, “Coca-Cola” hər gün dünya üzrə 1,9 milyon içki satır. Dünyada plastik çirklənmə səbəbiylə dəqiqədə bir yük maşını dolusu plastik qab okeanlara qarışır.Bu üzdən də dəniz quşlarının 90 faizinin mədəsində plastik şüşə aşkar edilir. (BBC)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə