Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İmtina olunmuş fiziki qüsurlu 3 yaşlı uşağın doğum günü qeyd edildi
İmtina olunmuş fiziki qüsurlu 3 yaşlı uşağın doğum günü qeyd edildi
10 Aprel 2017 / 18:10 / Baxış sayı: 404
Font1 Font2 Font3 Font4

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində 2014-cü il təvəllüdlü imtina olunmuş fiziki qüsurlu Məmmədov Elmanın doğum günü münasibəti ilə şənlik təşkil edilmişdir.

Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən körpələr evində yaşayan Məmmədov Elman üçün hədiyyələr, oyuncaqlar almış, uşaqların bayram şənliyinin maraqlı keçməsi üçün rəngarəng şarlar, meyvələr, şirniyyatlar və ad günü tortu təşkil edilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar qonaqlarla birlikdə əylənmiş, rəqs etmişlər.

Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi 2015-ci ildə Heydər Əliyev Fondunun tərəfindən əsaslı təmir olunmuş, burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün hər cür şərait yaradılmışdır. Hal hazırda bu körpələr evində valideyn himayəsindən məhrum olmuş 52 nəfər uşaq yaşayır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə