Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şimal bölgəsi ilə əlaqə kəsildi – Qar yağır
Şimal bölgəsi ilə əlaqə kəsildi – Qar yağır
10 Aprel 2017 / 18:30 / Baxış sayı: 692
Font1 Font2 Font3 Font4

Dünən axşamdan etibarən Azərbaycanın bir sıra dağlıq rayonlarına, eləcə də Quba və Qusarın bir neçə dağ kəndinə güclü qar yağmağa başlayıb. 

“Bizimxeber” “Sputnik Azəraycan”a istinadən xəbər verir ki, Quba rayonunun Xınalıq kəndi, Qusarın Şahdağı ağ örpəyə bürünüb. Kənd sakinlərinin sözlərinə görə, qarın yağması ilə əlaqədar olaraq, rayon ərazisində temperatur əhəmiyyətli dərəcədə aşağı düşüb. Sakinlər, güclü qar səbəbindən kəndlərə verilən elektrik enerjisinin tez-tez kəsildiyini bildiriblər.

“İşıqlarımız tez-tez sönür. Hava çox soyuyub. Kənd təsərrüfatına ziyan dəyib. İnternet bağlantısı kəsilib. Ətraf bölgələrlə əlaqə saxlaya bilmirik” – deyə sakinlər vurğulayıblar.
Əldə etdiyimiz məlumata görə, bölgəyə o qədər qar yağıb ki, kəndlərdən rayon mərkəzinə aparan yollar bağlanıb, rayonun özünə belə, gediş-gəlişdə problem yaranıb. Hazırda sözügedən ərazilərdə qarın qalınlığı 10-30 santimetrdir. Həmçinin, güclü külək əsir.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə