Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Klintonun Buşa qeyri-adi -HƏDİYYƏSİ
Klintonun  Buşa qeyri-adi -HƏDİYYƏSİ
11 Aprel 2017 / 9:26 / Baxış sayı: 474
Font1 Font2 Font3 Font4

ABŞ-ın keçmiş prezidenti Bill Klinton dostuna, digər eks prezident Corc Buşa (böyük) baş çəkib.

arxiv.bizimxeber.az-ın “musavat.com”-a istinadən verdiyi məlumata görə, Texasda yerləşən Hyuston şəhərində baş tutan görüş barədə “Nyu York Daily News” xəbər verib. İnformasiyaya görə, Klinton 92 yaşlı təqaüdçüyə corab hədiyyə edib. Corabın üstü müxtəlif heyvan şəkilləri ilə bəzədilib. Nəşrin yazdığına görə, böyük Buş mütəmadi olaraq qeyri-adi corablar geyinir. Bunların sırasında isə üzərində superman şəkli olan corablar xüsusi yer tutur. “Biz onunla uşaqlardan, nəvələrdən, keçmiş və gələcəkdən danışdıq. Eyni zamanda corablar da bizim müzakirə mövzumuz oldu” – bunu isə Klinton Tvitter səhifəsində yazıb.

Böyük Buş sağ olan eks prezidentlər arasında ən yaşlı olandır. Amma o, hazırda Parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə