Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ: raket hücumu Suriya aviasiyasının 20%-i məhv edib
ABŞ: raket hücumu Suriya aviasiyasının 20%-i məhv edib
11 Aprel 2017 / 9:54 / Baxış sayı: 448
Font1 Font2 Font3 Font4

ABŞ-ın müdafiə naziri James Mattis bildirib ki, Suriyanın hava bazasına raket hücumu zamanı hərbi aviasiyanın 20 faizi məhv edilib və ya zədələnib.

Cümə günü ABŞ Homs vilayətindəki Şəyrət hərbi bazasına 50 qanadlı raket atıb.

Nazirin sözlərinə görə, Suriya höküməti gələn dəfə “kimyəvi silah istifadə etmədən öncə yaxşı fikirləşər”.

İndiki məlumata görə Suriya aviasiyası Şəyrət bazasının texniki xidmətlərindən istifadə edə bilmir, Mattis deyib.

Bir həftə əvvəl İdlib vilayətinin Xan Şeyxun şəhərində şübhəli sinirlərə təsir edən qaz hücumu nəticəsində 89 nəfər dinc insan, o cümlədən çoxlu sayda uşaq həlak olub.

Rəsmi Dəməşq kimyəvi silah hücumuna aidiiyyatını inkar edir (BBC).

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə