Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sağlamlıq mərkəzinin qarşısında kütləvi dava – 2 nəfər bıçaqlanıb – YENİLƏNİB – FOTO – VİDEO
Sağlamlıq mərkəzinin qarşısında kütləvi dava – 2 nəfər bıçaqlanıb – YENİLƏNİB – FOTO – VİDEO
11 Aprel 2017 / 11:05 / Baxış sayı: 1102
Font1 Font2 Font3 Font4

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Asif Məhərrəmov küçəsində 4 nəfər arasında kütləvi dava baş verib. Nəticədə 1990-cı il təvəllüdlü Həsənov Xansu və 1988-ci il təvəllüdlü Səbuhi Ağayev bıçaqlanıb.

X.Həsənov çoxlu qan itirdiyindən yaxınlıqda yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

S.Ağayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə “Edem” sağlamlıq mərkəzinin qarşısında baş verib. Hadisə zamanı mərkəzə məxsus plafon qırılıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə