Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

KXCP toplandı
KXCP toplandı
29 Aprel 2013 / 16:27 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin növbəti  sessiyası keçirilib. Partiyadan arxiv.bizimxeber.az-a verilən məlumata görə, toplantıda bir sıra mühüm qərarlar qəbul edilib. 

KXCP Ali Məclisinin iclası Bəybala Əbilin sədrliyi, Oqtay Gülalıyev katibliyi ilə keçirilib. Ali Məclisinin gündəliyinə təşkilati və cari məsələlər, qəbul olunmuş qərarların icra vəziyyəti, KXCP-də seçkilərə hazırlığın vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət və seçki öncəsi vəziyyətlə bağlı məsələlər daxil edilib.

Partiyanın təşkilati məsələləri ilə əlaqədar KXCP Nizami rayon şöbəsi Məclisinin “Aydın  Tarıyev konfransa qədər KXCP Ali Məclis üzvü səlahiyyətlərini yerinə yetirməsi” haqqındakı qərarı Ali Məclis tərəfindın nəzərə alınıb. Bundan başqa  iclasda Sərxan Nəriman oğlu Carçıyev və Elşən Əli oğlu Məmmədov KXCP Ali Məclis üzvləri seçilib.

Qərarların icra vəziyyəti haqqında ətraflı məlumat verən KXCP Mərkəzi Seçki qərargahının sədri Bəybala Əbil, KXCP Mərkəzi Seçki Qərargahının (MSQ) tərkibinin tam formalaşması və rayon (şəhər) şöbələrinin seçkilərə hazırlığı ilə aparılan işlərlə bağlı arayış təqdim edib.

Ölkənin ictimai-siyasi vəziyyət və seçki öncəsi durum haqqında geniş məruzə ilə çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu, ölkəni bürüyən korrupsiyadan, ati-demokratik vəziyyətdən, insan haqlarının total şəkildə pozulmasından, qanunsuz həbslərdən bəhs edib. Seçki Məcəlləsinin mürtəce xarakter daşıdığını vurğulayan partiya sədri, Seçki Komissiyalarının hakimiyyətin nəzarəti altında olmasını qeyd edib. Müxalifət daxili inteqrasiya prosessinin sürətlənməsinin vacibliyini vurğulayan M.Mirəlioğlu, Milli Şuranın formalaşması istiqamətində partiyanın mövqeyi haqqında məlumat verib.

Daha sonra KXCP sədrinin müavinləri Oqtay Gülalıyev, Aydın Mədətoğlu, Xəzər Teyyublu, Ali Məclis üzvləri Adil Mikayılov, Nəbi Rəhimli, Məmməd Qəhrəmanov, Əliheydər Cəfərov, Şirin Cəfəri,  KXCP rayon şöbə sədrləri Yaqub Babalı, Ümidvar Məmmədli və başqaları məruzə ətrafında və seçkilərə hazırlığın vəziyyəti ilə əlaqədar çıxışlar edərək, ölkədəki polis rejimindən və azad sözə, vicdana, əqidəyə görə edilən təzyiq və təqiblərdən danışaraq partiyanın məsul bir dönəmdə üzərinə düşən vəzifələrlə bağlı fikirlərini bildiriblər.

İclasın sonunda KXCP Ali Məclisi deyilənləri nəzərə alaraq aşağıdaki qərarları qəbul edib:

 

–         KXCP-nin seçkilərə hazırlıq vəziyyəti ilə bağlı verilən arayışlar nəzərə alınsın;

–         KXCP rayon (şəhər) şöbələrinin seçkilərə hazırlıqla bağlı fəaliyyəti gücləndirilsin;

–         Azərbaycanda seçki öncəsi vəziyyətin demokratikləşdirilməsi (müxalifət daxili inteqrasiyanın gücləndirlməsi, ictimai aktivliyin artırılması, Seçki Məcəlləsinin təkmilləşdirilməsi, seçki komissiyalarının ədalətli formalaşdırılması və. s.) ilə bağlı tədbirlər planının hazırlanıb həyata keçirilməsi KXCP İdarə Heyətinə tapşırılsın;

–         Demokratik düşərgənin milli birlik modeli kimi təklif olunan Milli Şuranın Azərbaycanda dövlətçilik ənənələrini, xüsusilə də1918-ci ildə yaradılmış, 1991-ci ildə bərpa edilmiş çağdaş dövlətçiliyimizin prinsiplərini  özündə ehtiva edən tarixi, hüquqi, milli vəəxlaqi dəyərlərə  müvafiq olaraq yaradılması məqsədə uyğun hesab edilsin;

–         “Gündəm-xəbər” qəzetinə qarşı təzyiqləriə son qoyulması ilə bağlı bəyanat qəbul edilsin.

Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə