Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Peterburq terrorçusu Türkiyədən deportasiya edilibmiş
Peterburq terrorçusu Türkiyədən deportasiya edilibmiş
11 Aprel 2017 / 11:45 / Baxış sayı: 326
Font1 Font2 Font3 Font4

Sankt-Peterburq metrosunda terror aktı törədən Akbarjon Cəlilov 2016-cı ilin dekabrında Türkiyədən deportasiya edilib.

APA-nın xəbərinə görə, bu barədə “Yeni Akit” qəzeti məlumat yayıb.

Həmin şəxsin Türkiyə ərazisində yaşadığı müddət barədə məlumat verilmir. Bildirilir ki, onun adı “qara siyahı”ya salındıqdan sonra təxminən daha bir il ölkədə qanunsuz yaşayıb.

 

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda terror aktı törədilib. Nəticədə 14 nəfər ölüb. Terrorun əslən Qırğızıstandan olan etnik özbək, Rusiya pasportuna malik 22 yaşlı Akbarjon Cəlilov tərəfindən törədildiyi məlum olub.

Ölənlərən biri, yaralananlardan da biri azərbaycanlıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə