Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Problemli kreditlər 227 milyon manat artıb
Problemli kreditlər 227 milyon manat artıb
11 Aprel 2017 / 11:53 / Baxış sayı: 344
Font1 Font2 Font3 Font4

Bu ilin mart ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 15 milyard 878,6 milyon manat kredit verilib.

“Yeniavaz.com” Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 21,9% və ya 4 milyard 448,8 milyon manat azalıb.

Verilən kreditlərin həcmi azalsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi artıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin mart ayının əvvəlinə problemli kreditlərin həcmi 226,9 milyon manat və ya 17,1% artaraq 1 milyard 556,4 milyon manata yüksəlib.

Qeyd edək ki, milli valyutada verilən 8 milyard 356,1 milyon manatlıq kreditlərin 703 milyon manatı, xarici valyutada verilən 7 milyard 522,5 milyon manatlıq kreditlərin isə 853,4 milyon manatı vaxtında geri qaytarılmayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə