Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident bu kəndlərin sakinlərinə müraciət etdi – Siyahı
Prezident bu kəndlərin sakinlərinə müraciət etdi – Siyahı
11 Aprel 2017 / 13:05 / Baxış sayı: 600
Font1 Font2 Font3 Font4

Nazirlər Kabinetinin ötən gün keçirilən 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında çıxış edən prezident İlham Əliyev ictimai nəzarətin gücləndirilməsi məsələsinə diqqət yetirib. 

“Qafqazinfo” xəbər verir ki, prezident xüsusilə bu  kontekstdəki çıxışında vurğulayıb ki, 2017- ci ildə  kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təmin edilməsi üçün 270 kiçik layihə icra ediləcək. Bu təmizləyici qurğuların 170 kənddə quraşdırılması “Azərsu” ASC-nin, 100 kənddə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təmin ediləcək. Kəndlərin adları da sərəncamda qeyd olunub.

Ölkə başçısının  sərəncamda adları qeyd olunan  kənd sakinlərindən xahişi odur ki, layihələrin icrasına nəzarət etsinlər və əgər işlər görülmürsə, bununla bağlı  müvafiq icra hakimiyyəti orqanlarına və Prezident Administrasiyasına məlumat versinlər: “Əlbəttə ki, əgər o işdə hansısa bir qüsur olarsa, buna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaqlar”.

Qeyd edək ki, sözügedən sərəncam bu ilin mart ayının  17-də imzalanıb. Sərəncamın icrası məqsədilə “Azərsu” ASC-yə 14 milyon manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə isə 16 milyon manat vəsait ayrılıb.

“Qafqazinfo” sərəncamın icrası ilə bağlı işlərin necə getdiyini öyrənmək üçün adı çəkilən qurumlardan münasibət öyrənib.

“Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin  rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo” ya bildirib ki, sərəncamda qeyd olunan 22 rayonun 170 kəndinə  mövcud magistral kəmərlərdən və mənbələrdən su veriləcək: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi modul tipli su təmizləyiciləri 100 kənddə  quraşdıracaq. “Azərsu” isə 170 kəndə su verəcək. Beləliklə, 270 kəndin su problemi ilin sonuna kimi həll olunacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin sədri Ramik Əşrəfov isə “Qafqazinfo” ya bildirib ki, hazırda konteynerlərin yığılması, tikinti materiallarnın tədarükü və onların quraşdırılması prosesinə başlanılıb: “Hazırlanmış qurğuların şüşələri artıq rayonlara daşınmaqdadır. Bu ilin sonuna kimi 100 kənddə modul tipli su təmizləyici qurğuların quraşdırılmasına nail olacağıq”.

Sərəncamda dərc olunan kəndlərin siyahısı ilə BURADAN tanış ola bilərsiniz.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə