Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nikolay Patruşev Mədət Quliyevlə görüşdü
Nikolay Patruşev Mədət Quliyevlə görüşdü
11 Aprel 2017 / 13:44 / Baxış sayı: 380
Font1 Font2 Font3 Font4

Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşev Bakıya səfərinin yekununda Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevlə də görüş keçirib.

Bu görüş barədə DTX-nin ictimaiyyətlə əlaqələr şöbəsi rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

General-leytenant Mədət Quliyev Azərbaycanın hərtərəfli tərəqqisi yolunda tarixi xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu və hüquq mühafizə sahəsində uğurla aparılan islahatlar, sosial-iqtisadi inkişaf və bu yönümdə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev xalqlarımızın tərəqqisi naminə Rusiya və Azərbaycan dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən uğurlu sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə təhlükəsizlik fəaliyyəti üzrə qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərinə dair digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə