Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

QHT-lərin qeydiyyatına dair müzakirələr oldu
QHT-lərin qeydiyyatına dair müzakirələr oldu
29 Aprel 2013 / 16:43 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Aprelin 29-da Beynəlxalq Mətbuat Mərkəzində Qeyri-Hökumət Təşkilatlarının qeydiyyat probleminə həsr olunan dəyirmi massa keçirilib. Tədbir Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Biriliyi ABŞ səfirliyinin demokratiya komissiyasının dəstəyi ilə “Qeydiyyatdan keçməyən QHT-lərin məhkəmlərdə müdafiəsinin təşkili” layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, beynəlxalq təşkilatların təmsilçilər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak edib.

Təşkilatın sədri Elçin Abdullayev bildirib ki, layihə çərçivəsində ölkəmizdə QHT-lərin qeydiyyatı sahəsində real vəziyyət araşdırılıb: «QHT-lərin dövlət qeydiyyatına alınması üçün qeydiyyat sənədlərinin hazırlanmasında təsisçilərə hüquqi yardım göstərilib.  Bu günə qədər 200 yaxın QHT bu layihə çərvəsində xidmətlərdən faydalanıb. Xidmətlər QHT-lərin qeydiyyata alınması üçün sənədlərin hazirlanması, qeydiyyatdan keçməyən QHT-lərin yerli və beynəlxalq məhəməklərdə müdafiəsindən ibarətdir. Layihə çərçivəsində qeydiyyata alınmayan QHT-lərin məhkəməyə müraciət üçün iddialarının hazırlanması və müdafiəsi təşkil edilib. Hazırda 13 iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, 11 iş Baki Apellyasiya Məhkəməsinin, 15 iş isə Ali Məhkəmənin icraatındadır. Artıq bu layihə çərvəsində  2 iş Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilib və daha 8 iş yaxın günlərdə təqdim ediləcək».

Təşkilat sədri vurğulayıb ki, QHT qeydiyyatını həyata keçirən orqanların vəzifəli şəxsləri gərkəsiz müqavimət göstərir: « QHT-ləri qeydiyyata almır və bu da ölkədə demorkatiya və insan hüquq və azadlıqalrının olmamasının şərtləndirən əsas amildir. QHT-lərin fəaliyyətinə yardım etməli olan orqan əkinsə QHT-lərə problem yaratmala hakimiyyətin insanların birləşmək hüququnu tanımamasını təsdiq edir.  Bu gün QHT-lərin qeydiyyat problemi siyasi maraqdan çox “məmur” marağına çevirlib.   Belə oldugu halda QHT-lərin qeydiyyat probelmi daim hakmiyyət üçün tənqid yeri olacaq. Problemin həlli üçün  QHT-lərin, xüsusən QHT Koalisiylarının əlaqələndirmə şürasi yardılmalı və ciddi müzakirələr aparılmalıdır.  Qanunların təkmilləşdirilməsi, QHT-lərin Qeydiyyatının sadələşdirlməsi, QHT-lərin fəaliyyəti üçün hakmiyyət tərəfindən yardılan məhdudiyyətlərin aradan qaldırlması və  dövlət sturukturlarla əməkdaşlığın yaradılması lazınmdır. Bütün bunlara əməl olunması üçün QHT-lər müzakirələr aparmalı, beynəlxalq təşkilatlar və səfirlkilərlə əməkdaşlığı gücləndirməli və höküməti dialoqa cəlb etməlidir. Həmrəyliyin yaranması probelmlərin azaldılması üçün əsas mühüm amildir. Bundan sonra səmimi müzakirələrin keçirilməsi və növbəti mərhələrdə hansı addımların atılması üçün zəmin yaranacaq. Lakin QHT-lər xüsəsən müstəqil QHT-lər bunu nəzərə almasalar gələcəkdə daha ciddi probelmlərin olacağı qaçılmazıdır. Necə ki, son dövrlərdə biz bunun şahidi oluruq». Tədbir müzakirələrdə davam etdirilib.  

Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə