Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısı 18 mini necə yeyib?
İcra başçısı 18 mini necə yeyib?
11 Aprel 2017 / 15:59 / Baxış sayı: 1122
Font1 Font2 Font3 Font4

Qaradağ rayon İcra Hakimiyyətində nəqliyyat vasitələrinin sürücülərinə artıq əmək haqqı hesablanıb.
“Qaynar” xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.
Hesabatda qeyd olunub ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda keçirilmiş auditlə nəqliyyat vasitələrinin sürücülərinə əmək haqqının hesablanmasında qanunvericiliyin tələbləri gözlənilməyərək Avtonəqliyyat və Mexanizsiya Dəstəsi tərəfindən işçinin istirahət günləri işə çıxmasına əsas göstərilmədən bütün sürücülərə hesabat ilinin bütün istirahət (bazar) günləri üçün əmək haqqı hesablanılmış və nəticədə sürücülərə 2014-cü ilin may-dekabr aylarında 4447,8 manat, 2015-ci ildə 8884,5 manat, 2016-cı ilin 1-ci yarısında isə 4885,7 manat, ümumilikdə 18218 manat artıq əmək haqqı ödənişinə yol verilsə də, həmin vəsaitin müvafiq qaydada bərpası təmin edilməyib.

Məlumatda həmçinin qeyd edilib ki, 2016-cı ilin sentyabr-dekabr ayları üzrə 368,4 manatın büdcəyə köçürülməsi və qalan vəsaitin hissə-hissə dövlət büdcəsinə bərpa ediləcəyi barədə məktub Hesablama Palatasına daxil olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə