Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha iki nazirlik büdcəni söküb – ADLAR
Daha iki nazirlik büdcəni söküb – ADLAR
11 Aprel 2017 / 18:42 / Baxış sayı: 2258
Font1 Font2 Font3 Font4

Azərbaycanın Gənclər və İdman Nazirliyi, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komitəsi, Azərbaycanın NATO təşkilatında nümayəndəliyi, “Azərkosmos” ASC, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarlanıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu barədə Milli Məclisdən bildirilib. Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda qeyd olunur.

Hesabatda qeyd olunur ki, aparılmış audit nəticəsində Gənclər və İdman Nazirliyində, Azərbaycanın NATO-dakı nümayəndəliyində, Tələbə Qəbulu üzrə Dövlət Komitəsində, “Azərsu”, “Azərkosmos” ASC-də, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində aşkarlanan büdcə pozuntularından 25,5 min manat, 14,6 min avro, 33,1 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 103,9 min manat məbləğində mal-material natura şəklində bərpa edilib, 42,0 min manat məbləğində debitor borcun bağlanılması təmin olunub.

Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə