Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir şəhid Milli Qəhrəmanın ildönümündə iştirak etdi
Nazir şəhid Milli Qəhrəmanın ildönümündə iştirak etdi
11 Aprel 2017 / 21:50 / Baxış sayı: 806
Font1 Font2 Font3 Font4

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş Murad Telman oğlu Mirzəyevin Bakının Yasamal rayonunda il mərasimi keçirilib.

arxiv.bizimxeber.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, qəhrəmanın məzarı ziyarət edilərək qarşısına Müdafiə Nazirliyi, Yasamal rayon icra hakimiyyəti və xidmət etdiyi hərbi hissənin şəxsi heyəti adından əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.

Şəhid zabitin yaşadığı binanın qarşısında xatirə lövhəsinin təntənəli açılışı olub, ruhuna dualar oxunaraq ehsan verilib.

Milli Qəhrəmanın anım mərasimində Müdafiə Nazirliyinin, Yasamal və Sabirabad rayon icra hakimiyyətlərinin rəhbərliyi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin atası Telman Mirzəyev oğlunun şəhidliyindən ötən bir il ərzində qəhrəmanın ailəsinin ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edərək, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə