Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısının qaynı özünü asdı – YENİLƏNİB
İcra başçısının qaynı özünü asdı – YENİLƏNİB
11 Aprel 2017 / 11:02 / Baxış sayı: 1408
Font1 Font2 Font3 Font4
 Dünən Bakı şəhər Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Lent.az xəbər verir ki, ilkin araşdırma zamanı özünü asan 45 yaşlı Müşfiq Əliyevin psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub. Yaxınları onun davranışlarında son vaxtlar aqressivlik yarandığını, əsəblərinin korlandığını deyiblər. O, polis sistemindən də səhhətindəki problemlər səbəbindən kənarlaşdırılıbmış.
***

Bakıda intihar hadisəsi baş verib.

arxiv.bizimxeber.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 45 yaşlı Müşfiq Cənnət oğlu Əliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, M. Əliyev təqaüddə olan polis işçisidir. O, əvvəllər Laçın rayon Polis Şöbəsində çalışıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Onu da qeyd edək ki, M. Əliyev Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaynıdır.

***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saat 6-da baş verib. Mərhumun 2 uşağı var.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə