Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elastik ekranlı smartfon
Elastik ekranlı smartfon
29 Aprel 2013 / 17:37 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

LG bu il elastik ekranlı smartfon buraxacaq

LG şirkəti 2013-cü ilin sonunadək üzvi işıq-diodlu (OLED) elastik ekrana malik smartfon təqdim edəcək.

Bu barədə şirkətin mobil işləmələr üzrə vitse-prezidenti Yun Bu Hen deyib.Smartfonun təqdimatı cari ilin oktyabr-dekabr aylarında keçiriləcək. Şirkət nümayəndələri qurğunun texniki xüsusiyyətləri və qiyməti barədə hələlik məlumat vermirlər.

Cihazın korpusunu çox güman ki, əymək mümkün olmayacaq, çünki bu digər elastik komponentlərin – akkumulyator və plataların istifadəsini tələb edəcək. Aparatın displeyinin qatlanması və bu vəziyyətdə qeydə alınması istisna edilmir, belə ki, digər Koreya istehsalçısı Samsung-un CES sərgisində təqdim etdiyi qurğunun prototipi məhz bu şəkildə olub.

Elastik ekranlı qurğuların hazırlanması ilə LG və Samsung şirkətləri ilə yanaşı digər istehsalçılar – Sony və Nokia da məşğul olur. Onların hamısı prototiplər təqdim etsələr də, kütləvi istehsallı heç bir qurğu buraxılmayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə