Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xalq artisti toyda oğurluq etdi-VİDEO
Xalq artisti toyda oğurluq etdi-VİDEO
12 Aprel 2017 / 9:02 / Baxış sayı: 2148
Font1 Font2 Font3 Font4

Qadının sırğası oğurlanıb

Xalq artistini oğurluqda ittiham edirlər. Bakı sakini şadlıq evində itirdiyi sırğasını məhz xalq artisti Ramiz Məmmədovun tapıb qaytarmadığını deyir. Ramiz Məmmədov isə, əlbəttə ki, bu ittihamı rədd edir. Paltarını qarderoba verdikdən sonra yerə baxır. Yerdəki əşya diqqətini çəkir və əyilib onu götürür. Götürdüyü əşyanı bir az kənarda daha yaxından incələdikdən sonra isə heç nə olmamış kimi cibinə qoyub, zala daxil olur.

“Bizimxeber” xezerxeber-ə istinadən xəbər verir ki, görüntülər paytaxtdakı restoranlardan birinin kamerasına düşüb.

Bakı sakini Südabə Zalova şadlıq evinə toya gedərkən foyedə üst geyimini çıxardan zaman sırğasını itirib. Daha sonra onu tapmaq üçün restoran rəhbərliyinə müraciət edib və müşahidə kameralarınn görüntülərinə baxıb. Aydın olub ki, bir nəfər sırğanı tapıb. Südabə Zalova həmin şəxsin xalq artısti Ramiz Məmmədov olduğunu iddia edir.

Südabə Zalovanın sözlərinə görə, bununla əlaqədar xalq artisti ilə nə qədər danışmaq istəsə də, bu cəhdləri nəticə verməyib.

Məsələ ilə bağlı xalq artisti ilə telefon əlaqəsi saxladıq. Ramiz Məmmədov deyir ki, onun tapdığı başqa bir əşya olub və onu da toy sahibinə təhvil verib. Qadının sırğasından isə xəbəri yoxdur.

Tapılan əşyanın doğrudan da itən sırğa olub-olmadığını ayırd etmək çətindir. Amma bildiyimiz bir şey var ki, qadının 6 qramlıq qızılı ortalıqda yoxdur. Kamera görüntülərində isə sadəcə görünən Ramiz Məmmədovun yerə əyilərək nəsə götürməsidir.

Kamera görüntüsü

Kamera görüntüsü

Xalq artisti oğurluqda ittiham olunur


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə