Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-ın Azərbaycandakı səfiri müsahibə verdi
ABŞ-ın Azərbaycandakı səfiri müsahibə verdi
12 Aprel 2017 / 9:22 / Baxış sayı: 488
Font1 Font2 Font3 Font4

“Azərbaycanla ABŞ arasında münasibətlər daha da yaxşılaşır və tərəflər müxtəlif istiqamətlər üzrə birgə çalışır”.

“Bizimxeber” xəbər verir ki, bunu iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi münasibətilə Trend-ə eksklüziv müsahibəsində ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta deyib.

Səfir qeyd edib ki, ABŞ Azərbaycanın güclü, stabil, müstəqil, çiçəklənən və demokratik ölkə olmasında maraqlıdır: “Biz bu məqsədə nail olmaq üçün önəminə görə bərabər 3 sahədə çalışırıq: təhlükəsizlik, iqtisadiyyat və energetika, eləcə də demokratiya və insan hüquqları sahəsində. Bütün bu sahələr bir-biri ilə əlaqəlidir və fikrimcə Azərbaycanın olmaq istədiyi ölkəyə çevrilməsi üçün çox vacibdir”.

Səfir qeyd edib ki, Azərbaycan və ABŞ-ın əməkdaşlıq edə biləcəyi bir çox məqamlar var. Amma onlar arasında iki sahə var ki, burada əməkdaşlıq təkcə hər iki ölkə üçün yox, həm də region üçün böyük strateji əhəmiyyət daşıyır. Bu, enerji təhlükəsizliyi və terrorçuluqla mübarizədir: “Azərbaycan əhəmiyyətli enerji resurslarına malik ölkədir və Avropanın enerji təhlükəsizliyində, Avropaya enerji ehtiyatları təchizatının diversifikasiyasının təmin olunmasında vacib rol oynayıb, oynayır və fikrimcə oynamaqda davam edəcək. Bu, Avropa ölkələrinə xarici təzyiqlərə qarşı daha yaxşı müqavimət göstərməyə imkan verir. Azərbaycanın vacib rolu məhz bundadır”.

Səfir qeyd edib ki, Azərbaycan həmçinin terrorçuluqla və ekstremizmlə mübarizədə vacib rol oynayır. O xatırladıb ki, ABŞ və Azərbaycan Əfqanıstanda NATO missiyası tərkibində əməkdaşlıq edib, indi də etməkdədir və Azərbaycan qərblə Əfqanıstan arasında tranzit marşrutunun vacib hissəsidir.

R.Sekutanın sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər var: “Azərbaycanın coğrafi mövqeyi böyük əhəmiyyət kəsb edir və Azərbaycanın şərq-qərb, şimal-cənub dəhlizi qismində rolu artmaqda davam edəcək. Mən bunun əhəmiyyətini Şərqi Asiya və Avropa, eləcə də Cənubi Asiya ilə Avropa arasında ticarət baxımından nəzərdən keçirirəm”.

Səfirin sözlərinə görə, ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq, Azərbaycanda yeni iqtisadi fəaliyyət və yeni müəssisələr üçün potensial mövcuddur: “Biz bunu iqtisadiyyatın inkişafı, diversifikasiyası və regionda mövqeyinin gücləndirilməsi üzrə Azərbaycanın müsbət səyləri kimi nəzərdən keçiririk”.

R.Sekutanın sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sülh danışıqları çox vacibdir: “Bu münaqişənin hərbi yolla həlli yoxdur. Tərəflərin bir araya gələrək münaqişənin dinc yolla həll edilməsi istiqamətində işləmələri vacibdir. Bu münaqişə artıq həddən çox uzanıb”.

O qeyd edib ki, tərəflərə münaqişənin həll yolunun tapılmasına kömək etmək üçün ABŞ ATƏT-in Minsk qrupu vasitəsilə çox fəal şəkildə çalışır: “Biz tərəflərə irəliləyiş əldə etməkdə kömək etməliyik”.

Ermənistanın Azərbaycan sərhədi və qoşunların təmas xətti boyunca sıx-sıx təxribat törətməsi barədə sualı cavablandıran səfir bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur: “Zorakılıq heç kimə kömək etmir. Tərəflərin dinc həll yollarını tapması regiondakı bütün insanlar üçün vacibdir”.

R.Sekuta qeyd edib ki, o, ölkə daxilində səfər edərkən məcburi köçkünlərlə görüşür və münaqişənin insanlara nə cür təsir etdiyini görür. Səfirin sözlərinə görə, qoşunların təmas xəttinin qarşı tərəfindəki həmkarları da eyni şeyi görür: “Biz mümkün olan hər şeyi etməliyik ki, tərəflərə irəliləməkdə və həll yolunu tapmaqda kömək edək”.

O vurğulayıb ki, irəliləmək üçün tərəflər siyasi iradə nümayiş etdirməlidir, vasitəçilər isə bu prosesdə onlara kömək edə bilər.

R.Sekuta deyib ki, Azərbaycan maraqlı turizm istiqamətlərindən biridir və o, ölkənin müxtəlif yerlərinə tez-tez səyahət edir. “Azərbaycanın bölgələrinə getmək, dağları, təbiəti, ölkənin müxtəlifliyini görmək xoşuma gəlir. Tarixi yerlərə baxmaq, təbiəti seyr etmək, fermalara baş çəkmək, müxtəlif yeməklərdən dadmaq maraqlıdır”.

Səfirin sözlərinə görə, Bakıda işlədiyi iki il ərzində hər Milad bayramında onun ailəsi Azərbaycana gəlir. O bildirib ki, bura onların çox xoşuna gəlir. Ötən Milad bayramında isə onun kiçik oğlu hətta öz universitet yoldaşlarını da Azərbaycana gətirmişdi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə