Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda “Caspian Energy Forum-2017” işə başlayıb
Bakıda “Caspian Energy Forum-2017” işə başlayıb
12 Aprel 2017 / 9:30 / Baxış sayı: 530
Font1 Font2 Font3 Font4

Bu gün Bakıda IV Beynəlxalq “Caspian Energy Forum-2017” işə başlayıb. “Report” xəbər verir ki, bir neçə dövlət və hökumət başçısı beynəlxalq forumun iştirakçılarına video müraciət ünvanlayıb və tədbirin əsas təşkilatçısı olan “Caspian European Club”u (Caspian Business Club) 15 illik yubiley münasibətilə təbrik edib.

“Caspian Energy Forum-2017”-də avrokomissarlar, Azərbaycan, Xəzər-Qara dəniz və Baltika regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının başçıları, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin rəhbərləri iştirak edirlər. Ümumilikdə, forumun işində dünyanın 50 ölkəsindən olan 500 deleqat iştirak edir.

Forumun sponsoru “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “Asia Express & OCS, DSV”, “Azpetrol Ltd.” ASC və “SİNAM” şirkətidir.

Tədbir üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər regionu dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarında irəliləyişi mövzusunu əhatə edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə