Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda homoseksuallar bəyanat yaydı
Azərbaycanda homoseksuallar bəyanat yaydı
29 Aprel 2013 / 17:08 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Nəfəs LGBT Azərbaycan Alyansı homoseksuallarla bağlı bəyanat yayıb. Homosesksualların müdafiəsinə yönələn bəyanatı olduğu kimi təqdim edirik.

“Tərəfimizdən aparılan müşahidələr və edilən müraciətlər göstərir ki, sosial şəbəkələrdə özlərini Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən insanların sayı günü – gündən artmaqdadır. Beləki, özlərini adı çəkilən dövlət orqanlarının əməkdaşları kimi təqdim edən şəxslərin hədəf nöqtəsi homoseksuallardır(əsasən – gay, lesbian və biseksual insanlar). Qrup şəklində 2 – 3 nəfər olmaqla müəyyən müddət qurban kimi seçdikləri şəxslərlə özlərini homoseksual kimi göstərərək yazışıb onun haqqında informasiya əldə edirlər. Həmin şəxsin telefon nömrəsini öyrəndikdən sonra daha mütəşəkkil fəaliyyətə başlayırlar. Düşünürük ki, xuliqanlıqla məşğul olan qrupların tərkibinə Azərbaycanda fəaliyyət göstərən mobil operatorlarının və bankların əməkdaşları da daxildir. Çünki, mobil nömrə vasitəsi ilə şəxsi məlumatları müştərinin iştirakı və ya icazəsi olmadan heç bir yolla onun istifadə etdiyi mobil operatorun müştəri xidmətlərindən və ya bankın istifadəçi bazasından əldə etmək olmaz. Qurban kimi seçilən şəxs haqqında kifayət qədər məlumat əldə etdikdən sonra qrupun başqa üzvləri özlərini DİN və ya MTN əməkdaşı kimi təqdim edərək ona yaşadığı ünvanı, homoseksual olduğunu bildiyini və artıq polis tərəfindən nəzarətə götürüldüyünü bildirirlər. Bununla yanaşı, müəyyən miqdarda pul tələb etməklə susacaqlarını, yaşadığı ünvana onunla həmcins olan insanlarla intim əlaqəyə girməsi ilə bağlı məktub göndərməyəcəkləri deməklə hədə – qorxu gəlirlər. Tələb edilən pulun miqdarı isə 150 – 200 AZN arasında dəyişir. Müşahidələrimiz göstərir ki, qrup əsasən Nəsimi rayonu(Gənclik metrosu) ərazisində görüş təyyin etməklə tələb etdikləri pulu əldə edirlər. Bu hadisə ilə üzləşən homoseksuallar isə qorxudan hüquq – mühafizə orqanlarına müraciət etməyə çəkinirlər. Çünki, hüquq mühafizə orqanlarında belə onlara qarşı alçaldıçı, təhqirənamiz münasibət olur. Azərbaycan Respublikasının Qanunvericiliyində insanların cinsi ayrı seçkiliyə məruz qalmaması təsbit olunub və respublikamız dünyəvi bir dövlətdir. Bununla yanaşı qeyd etmək istərdik ki, Azərbaycan Respublikası 2001 – ci ilin yanvar ayının 17 – də Avropa Şurasına üzv olduqdan sonra Milli Məclisdə ratifikasiya olunan ilk sənəd sırf cinsi azlıqlarla bağlı olub. Lakin görürük ki, mövcud qanunvericiliyin işləməməsi səbəbindən homoseksuallar hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına rahatlıqla müraciət edə bilmirlər.

Yaranmış vəziyyəti “Nəfəs” LGBT Azərbaycan Alyansı olaraq pisləyirik. İnsanların cinsi ayrı seçkiliyə məruz qalması və şəxsi həyatına görə təqib edilməsi, hədə – qorxu gəlinməsi yol verilməzdir. İnsanlar öz yaşam tərzində azaddırlar və bu yaşam tərzi istər digər 2 – ci, 3 – cü şəxs tərəfindən, istərsə də hüquq mühafizə orqanları tərəfindən məhdudlaşdırıla bilməz. Xuliqanlıqla məşğul olan qrup üzvlərinin özlərini hüquq mühafizə orqanlarının əməkdaşları kimi təqdim etmələri təkcə dələduzluq və ya səlahiyyətdən sui – istifadə deyil, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin vətəndaşlar arasında nüfuzunun aşağı düşməsinə səbəb olur. Bu səbəbdən hüquq mühafizə orqanlarına müraciət edirik ki, yaranmış vəziyyətin araşdırılması, xuliqanlıqla məşğul olan qrupun müəyyənləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsini təmin edilsin”-deyə bəyanatda qeyd olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə