Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Majorka” sükan arxasında, saatda 320 km sürət… – VİDEO
“Majorka” sükan arxasında, saatda 320 km sürət… – VİDEO
12 Aprel 2017 / 11:12 / Baxış sayı: 452
Font1 Font2 Font3 Font4

Rusiyanın varlı balaları ölkədə hökm sürən iqtisadi depressiyaya qətiyyən məhəl qoymadıqlarını növbəti dəfə nümayiş etdiriblər.

Virtualaz.org xəbər verir ki, naməlum qadın sürücü “Mercedes AMG” avtomobili ilə Moskva Dairəvi Avtombil yolunda axşam saatlarında sürət yarışına çıxıb və saatda 320 kilometr sürət yığıb. Həmin sürücü avtomobilin salonundakı videoregistratorla bu anları çəkib və kadrları majorka_63 niki ilə İnstagram-da yerləşdirib. Bu haqda REN TV bildirir.

Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, zəngin balalarının tez-tez superkarlarda avtoxuluqanlıq əməli törətdiyi və sürət yarışına çıxdığı Rusiyada belə magistral yolda bu cür sürət görünməmişdi.

Avtomobilin sürücüsünün kimliyi müəyyən deyil, ancaq məlumdur ki, qalmaqallı avtoxuliqan , bu ilin martında məhkəmə tərəfindən ömürlük sürücülük vəsiqəsindən məhrum edilən Mara Bağdasaryan tez-tez “Mercedes AMG” avtomobillərindən istifadə edir.

Mara Bağdasaryan öz çevrəsində olan zəngin balaları ilə əvvəllər dəfələrlə avtoxuliqanlıq törədib və on minlərlə dollar məbləğində cərimələrlə cəzalandırılıb. Hər dəfə atası-Moskvada ət məhsulları biznesi ilə məşğul olan Elmar Bağdasaryan qızının əvəzində bu cərimələri ödəyib. Mara Bağdasaryan dəfələrlə inzibati həbslə də cəzalandırılıb, ancaq islah olmayıb və “avtoşluğa” davam edib. İndi onun sürücülük vəsiqəsindən ömürlük məhrum edildiyi bir vaxtda yenidən sükan arxasına keçib-keçmədiyi məlum deyil. Bu “dəcəl” erməni balasının atası Bakı ermənisidir, ötən əsrin 80-ci illərinin sonlarında, Qarabağda münaqişə başlayanda Rusiyaya köçüb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə