Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sovetski”dəki məscidlər sökülə bilməz – Tarixi abidədir – RƏSMİ
“Sovetski”dəki məscidlər sökülə bilməz – Tarixi abidədir – RƏSMİ
12 Aprel 2017 / 13:15 / Baxış sayı: 2716
Font1 Font2 Font3 Font4

Bu gün səhər Bakının “Sovetski” kimi tanınan ərazisində yerləşən “Hacı Cavad” məscidinin sökülməsi üçün əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib. Məscidin içərisindən çıxmayan inanclı insanlar məscidin sökülməsinə qarşıdırlar. Şahidlərin bildirdiklərinə görə, polis tərəfindən saxlanılanlar da var.

Bakı şəhəri Yasamal rayonu Çingiz Mustafayev küçəsində yerləşən “Hacı Cavad” məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

arxiv.bizimxeber.az “Yeniavaz.com”-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizim Nazirliyinin Memarlıq abidələrinin qorunması və bərpası şöbəsinin müdiri Rahibə Əliyeva saytımıza açıqlamasında bildirdi ki, “Sovetski” adlanan ərazidə məscid sökülməyib: “Hacı Cavad” məscidi sökülməyib.

Ümumiyyətlə o ərazidə məscidlərin heç biri sökülmür. Məscidlərin hamısı saxlanılır. O vaxt biz təxminən 170 abidənin qorunmasını siyahıya almışdıq, düzdü o siyahıdan bəziləri çıxardılıb, ancaq çıxarılanların içərisində məscidlər yoxdur.

O ərazidə məscidlərin sökülmə ehtimalı yoxdur. Mən işin içində olduğum dövr ərzində bilirəm ki, heç bir məscid sökülməyəcək. Hal-hazırki vəziyyətdən xəbərim yoxdur, amma siyahıda bəzi yaşayış binaları, hamamlar çıxarılıb, amma məscid yoxdur. Buna əsasən danışıram”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə