Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Çin dərmanları Azərbaycana Avropa adı ilə gətirilir”
“Çin dərmanları Azərbaycana Avropa adı ilə gətirilir”
12 Aprel 2017 / 13:15 / Baxış sayı: 278
Font1 Font2 Font3 Font4

“Dərmanların keyfiyyətinin və qiymətinin tənzimlənməsi daim diqqətdə olmalıdır. Tarif Şurası bu işlə ciddi şəkildə məşğul olur. Amma bəzi hallarda bizi narahat edən məsələlər var”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib. Deputat ona gələn müraciətlərdən danışıb:

“Bizə müraciətlər gəlir ki, bəzi dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər. Ona görə də bəzi hallarda bizim dərmanlar effekt vermir. Buna görə xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər. Bu, çox ciddi narahatçılıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməldir. Bəlkə biz 400-500 adda dərmanı qiymətini tənzimləyək. Yerdə qalanlarının qiymətinin isə şirkətlərin özlərinə həvalə etməliyik”.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə