Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilərdən qeyri-adi “ixtira” – Telefonla deputat seçildilər
Ermənilərdən qeyri-adi “ixtira” – Telefonla deputat seçildilər
12 Aprel 2017 / 13:18 / Baxış sayı: 134
Font1 Font2 Font3 Font4

Ermənistanın “Haykakan Jamanak” nəşrinin yaydığı məlumata görə, aprelin 2-də keçirilən parlament seçkilərində Respublika partiyasının namizədləri öz seçicilərinin səsvermədə iştirakına nəzarət etmək üçün “maraqlı” yeniliklər tətbiq ediblər.

Namizədlər bu dəfə informasiya texnologiyalarından istifadə etməklə diqqət çəkiblər.
Heç kimə sirr deyil ki, Respublikaçı namizədlər seçicilərə böyük məbləğdə rüşvət paylayıblar. Onların səsverməsinə nəzarət etmək üçün seçicilərə öncədən 10 və ya 20 min dramlıq, daxillərinə xüsusi proqramlar yüklənmiş mobil telefonlar verilib. Bu proqram vasitəsilə seçicinin seçki məntəqəsinə daxil olması, komissiyaya yaxınlaşması, bülleten götürərək səs verməsi nəzarətdə saxlanılıb.

Maraqlı məqam odur ki, seçici telefonla səsverməsini çəkərək fotonu namizədin ofisinə göndərib. Bununla namizəd rüşvət verdiyi seçicinin səsverməsinə tamamilə nazərət imkanına malik olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə